137 hərbi qulluqçuya mənzil verilib

img

01-02-2013 [01:24]


Azərbaycan Prezidentinin ?Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə? Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. İclasda Müdafiə Nazirliyi tərəfindən komissiyaya təqdim edilən Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş və komissiyanın müvafiq qərarları ilə mənzil növbəsinə qəbul edilmiş 357 hərbi qulluqçudan ilkin mərhələdə 137 nəfərin Bakı və Xırdalan şəhərlərində yerləşən mənzillərlə təmin edilməsi barədə qərar qəbul edilib, onlara verilən mənzillərin bölgüsü aparılıb. Beləliklə, Komissiya tərəfindən bu gün qəbul edilmiş qərarların icrası nəticəsində ümumilikdə mənzillə təmin olunan hərbi qulluqçuların sayı 187 nəfərə çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA