Korrupsiyaya Qarzı Mübarizə idarəsi Bakıda əməliyyat keçirib, saxlanılan var

img

31-01-2013 [01:05]


Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyat keçirib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, əməliyyat ötən gecə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsində aparıb. Əməliyyat zamanı Dövlət Xidmətinin Xəzər rayon şöbəsi rəisinin sürücüsü Vaqif Abdullayev saxlanıb. Onun nədə ittiham olunduğu açıqlanmır. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsindən APA-ya V.Abdullayevin saxlanılması faktını təsdiqləsələr də, əlavə açıqlama verilməyib

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA