Zakir Qaralov təqdimat verdi; Arzu Kazımovun həbs müddəti daha 3 ay uzadıldı

img

30-01-2013 [05:05]


Bu gün Səbail rayon Məhkəməsində Baş Prokuror Zakir Qaralovun təqdimatı əsasında hazırda Fransada yaşayan keçmiş ABU rektoru Elşad Abdullayevin şikayəti əsasında barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilərək həbs olunmuş iş adamı Arzu Kazımovun barəsində verilmiş təqdimata baxılıb. Məhkəmə A.Kazımovun barəsindəki həbs tədbirinin müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edib. Mia.az xəbər verir ki, bu qərar haqda ?Təzadlar?a açıqlama verən A.Kazımovun vəkii Ramiz Zeynalov Zakir Qaralovun yeni təqdimatını belə dəyərləndirib: ?Əsaslandırma onunla bağlı idi ki, bəzi istintaq hərəkətləri hələ tam şəkildə başa çatdırılmayıb, halların qiymətləndirilməsi, ekspertizanın başa çatdırılmaması və yekun rəyin əldə olunmaması və s. Mən də buna qəti etiraz etdim və məhkəmənin diqqətinə çatdırdım ki, Arzu Kazımov barədə olan bütün zəruri istintaq hərəkətləri davam edibdir, başa çatdırılıbdır. Yerdə qalan ekspertizalardır, qiymətləndirilmələrdir ki, əsas istintaq hərəkətlərinə heç bir təsir edə bilməz və A.Kazımovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasına maneçilik yayratmır. Çünki onun xarici pasportu, şəxsiyyət vəsiqəsi istintaqa təhvil verilib. Və mən məhkəmədən bir daha xahiş etdim ki, A.Kazımovun xəstəliyi ilə əlaqədar isə barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi və başqa yerə getməmə barədə iltizamla əvəz olunması təmin edilməlidir. Lakin məhkəmə bunu nəzərə almadı və Baş Prokurorun təqdimatını təmin etdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA