Nazir Natiq Əliyevin oğlunun zikayəti üzrə məhkəmə fevralda davam edəcək

img

28-01-2013 [11:02]


Sənaye və Energetika Nazirliyinin rəhbəri Natiq Əliyevin oğluna məxsus ?Qold İnvest? MMC-nin pay sahibi olduğu ?Xətai Tikinti Mexanizasiya? ASC ilə Dövlət Neft Şirkətinin ?Azəriqaz? İstehsalat Birliyi arasındakı pul qalmaqalı üzrə ötən həftə Bakı Apellyasiya Məhkəməsində startı verilmiş proses təxirə salınıb. Bu barədə mia.az-a daxil olan informasiyaya görə, nazir oğlunun pay sahibi olduğu ?Xətai Tikinti Mexanizasiya? ASC-nin şikayəti üzrə hakim Ülvi Mayılovun sədrliyi ilə ötən həftə nəzərdə tutulan prosesdə hakimin qərarını elan edəcəyi gözlənilsə də, o, iclası başqa tarixə təyin edib: ?Ülvi Mayılov 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verilmiş şikayət üzrə yanvar ayının 23-dəki prosesi fevralın 6-na keçirib?. Xatırladaq ki, ?Xətai Tikinti Mexanizasiya? ASC ?Azəriqaz? İstehsalat Birliyindən əsas borc və faizlər də daxil olmaqla, təqribən 160 min manata yaxın borcunu tələb edir. Məsələyə tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Əgər hər hansı bir tərəf fikrini bildirmək istəsə, dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA