Məhkəmə Ziya Məmmədovun əleyhinə qərar çıxardı; Nazirliyin tabeliyindəki MMC borc ödəyəcək

img

28-01-2013 [10:58]


Ziya Məmmədovun rəhbəri olduğu Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumların biri ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) arasındakı məhkəmə çəkişməsinə son qoyulub. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, Nəqliyyat Nazirliyinin tabeliyindəki olan ?Bakı Sərnişin Nəqliyyatı? MMC DSMF-yə olan məcburi dövlət sığorta haqlarını ödəməkdən müxtəlif bəhanələrlə yayınıb: ?Məhz buna görə də, ?Bakı Sərnişin Nəqliyyatı? MMC-yə qarşı Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti iddia qaldırıb. Lakin departamentin iddiasına baxan 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin verdiyi qərar mübahisəni daha da dərinləşdirib. Həmin məhkəmənin çıxardığı məhkəmənin qətnaməsindən verilən şikayətə isə ötən həftə, daha dəqiqi, yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elşanə Vəliyeva birinci məhkəmə instansiyasının qətnaməsini ləğv etməklə bərabər, DSMF-nin şikayətini təmin etmiş olub. Bu isə o deməkdir ki, ?Bakı Sərnişin Nəqliyyatı? borcunu ödəməlidir?. Tərəflərin mövqeyini də dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA