Bakıda ?Silahlı üstümüzdən çəkin? züarı altında aksiya keçirilir

img

26-01-2013 [02:45]


Yanvarın 23-24-də İsmayıllı şəhərində icra başçısının istefası tələbilə aksiyalar keçirilib. Polis aksiyanın yatırılması üçün gözyaşardıcı qazdan da istifadə edib. Həbs edilənlər var. Bakıdakı fəallar paytaxtda belə bir aksiya keçirməklə İsmayıllıdakı etirazların qarşısının sərt şəkildə alınmasına diqqət çəkmək istəyirlər. Bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir aksiyanın keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı. *** Artıq Fəvvarələr Meydanını polis mühasirəyə alıb. ?Qafqazinfo?nun məlumatına görə, gənclər aksiyanın siyasi xarakter daşımadığını və heç bir təşkilat, partiya tərəfindən təşkil olunmadığını bildiriblər. Aksiya ?Silahları üstümüzdən çəkin? şüarı adı altında başladılacaq. Qeyd edək ki, Daxili İşlər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən aksiya qanunsuz olduğundan onun qarşısı polis əməkdaşları tərəfindən alınacağını bəyan edib. *** Artıq Facebook sosial şəbəkəsində gənclər saat 3-də Fəvvarələr Meydanında planlaşdırılan aksiyanı Sahil bağında keçirəcəklərini bildirirlər və iştirakçıları oraya dəvət edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA