Bu gün Bakıda aksiya olacaq

img

26-01-2013 [12:39]


Bu gün bir qrup gəncin təşkilatçılığı ilə Fəvvarələr Meydanında etiraz aksiyası olacaq. Aksiya saat 15:00-a təyin olunub. Gənclər aksiyanın siyasi xarakter daşımadığını və heç bir təşkilat, partiya tərəfindən təşkil olunmadığını bildiriblər. ?Silahları üstümüzdən çəkin? şüarı adı altında başladılacaq aksiyada bu saata olan nəticəyə görə 4.522 nəfər iştirak edəcəyini elan edilib. Gənclər Binə ticarət mərkəzində və İsmayıllıda baş verən olaylarda polisin rezin güllələrdən, gözyaşardıcı qazlardan istifadə etməsinə etiraz edəcəklərini deyirlər. Aksiyanın əsas şüarları aşağıdakılardır: ?İsmayıllı yatmayıb Qeyrətini satmayıb? ?İsmayıllı oyaqdı, Bakı ona dayaqdı? ?Silahları rədd edin!? ?Binədən əl çəkin!? ?Əxlaqımı satmıram!? ?İsmayıllı meydana Əxlaqsızlar zindana? Təşkilatçılar bildirirlər ki, aksiya tam sivil aksiya olacaq. Heç bir halda polislə qarşıdurmaya gedilməyəcək və provokasiya edənlər təşkilatçılar tərəfindən polisə təslim ediləcəklər. qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA