Füzuli Ələkbərovun bacısı oğlu ismayıllıdakı hadisəyə görə saxlanılıb

img

24-01-2013 [01:30]


İsmayıllıda həbs olunanlardan biri ? Elməddin Məmmədov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun bacısı oğludur. Bu barədə azadlıq.info məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün jurnalistlər icra hakimiyyətinin önünə gedərək icra başçısıyla görüş istəyiblər. İcra başçısı görüşdən imtina edib. Bunun əvəzinə jurnalistləri içra hakimiyyətinin şöbə müdirlərindən biri qarşılayıb. Jurnalistlər rayon sakinlərinə istinadla şöbə müdirinə deyiblər ki, dünən baş vermiş insident zamanı nazir Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov da orda olub. Bundan başqa, rəsmi məlumatda münaqişənin səbəbkarlarından və saxlanılanlardan biri kimi adı çəkilən Elməddin Məmmədov nazirin bacısı oğludur. Jurnalistlər şöbə müdirinə bu məsələylə bağlı suallar ünvanlayıblar. İH nümayəndəsi nazirin oğlunun bu hadisələrdə iştirakını inkar edib. Nazirin bacısı oğlu ilə bağlı isə məlumatlı olmadıqlarını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA