icra bazçısı qaçmayıb; Nazirin qardazı Nizami Ələkbərovun rayonda olduğu bildirilir

img

24-01-2013 [11:01]


Dünən gecə saatlarındaİsmayıllıda baş verən xalq üsyanından sonra rayonun icra başçısı Nizami Ələkbərovun qaçdığı xəbərləri təkzib olunub. İsmayıllı rayon İcra Hakimiyyəti başçının birinci müavini Rəfael Əhmədov deyib ki, hazırda rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov rayondadır. Onun sözlərinə görə, icra başçısı da daxil olmaqla rayon rəhbərliyi baş vermiş hadisəni xüsusi hazırlanmış qərargahdan izləyib. Birinci müavin bildirib ki, rayon rəhbərliyi yerli sakinlərlə danışıqlar aparıblar: ?Hazırda aksiya baş çatıb, əhali evlərinə dağılışıb. Biz əhali ilə söhbət apardıq. Onların əsas tələbi otelin sahibinin cəzalandırılması, həmin obyektin bağlanmasıdır. Sabah yerli əhalinin nümayəndələri ilə rayon rəhbərliyi arasında görüş keçiriləcək, əhali dinləniləcək və tələblər yerinə yetiriləcək?. Yerli sakin, mitinq iştirakçılarından biri Vüsal Məmmədovun sözlərinə görə isə mitinqçilər rayon İcra Hakimiyyəti başçısının istefasını da tələb edirlər. Onun sözllərinə görə, tələbləri yerinə yetirilməsə, yanvarın 24-də də mitinq keçiriləcək. ANS PRESS-in hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, ?Çıraq? otelində və icra başçısının həyətində tğrədilmiş yanğınlar söndürülüb. Rayonun polis rəisi Nizami Qocayevin verdiyi məlumata görə, "Çıraq" otelinin meneceri Emil Şahmərdanov və bir neçə digər şəxslər həbs edilib, istintaq gedir. O, ANS PRESS-ə müsahibəsİində bildirib ki, İsmayıllı rayonu və mərkəzi polisin nəzarəti altındadır: "Əhali evlərinə dağılışıb. Rayon ərazisində polis təhlükəsizlik tədbirlərini gücləndirib". Xatırladaq ki, Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun qardaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA