Icra bazçısı ilə general Rasim Musayevin ?kəllələzməsi?nə rəsmi münasibət

img

23-01-2013 [09:03]


Gəncə şəhərinin polis rəisi general Rasim Musayevin qəfil vəzifəsindən azad edilməsi fonunda yayılan xəbərlərə Daxili İşlər Nazirliyi rəsmi reaksiya verib. Nazirliyin mətbuat xidmətindən mia.az-a daxil olan xəbərdə deyilir: ?Müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayılır. Mövzu ətrafında bəzi maraqlı qüvvələrin ayrı-ayrı kütləvi informasiya vasitələri ilə bilərəkdən, qəsdən və məqsədyönlü şəkildə dezinformasiyalar yayması Gəncə şəhərinin rəhbər vəzifəli şəxslərini qarşı-qarşıya qoymaq, müxtəlif dövlət qurumları arasındakı işgüzar münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün bölgələrdə olduğu kimi, respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də geniş quruculuq və abadlıq işləri aparılır, mövcud problemlərin həlli ilə bağlı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə zəruri təşkilati-əməli tədbirlər həyata keçirilir. Qeyd olunmalıdır ki, son illər Gəncədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində bir sıra uğurlar əldə edilmişdir və bu, şəhər polisi ilə digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığının məntiqi nəticəsidir. Şəhər ictimaiyyəti tərəfindən razılıqla qarşılanan belə məqsədyönlü tədbirlər ardıcıllıqla davam etdirilməkdədir? Xatırladaq ki, yayılan xəbərlərdə bildirilir ki, Rasim Musayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi guya kəllə ilə vuraraq kabinetində yıxıb. Və bundan sonra başçının təkidli tələbi ilə gecəykən general vəzifəsindən alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA