Sevinc Babayevanın oğluna xəbərdarlıq olunub

img

23-01-2013 [08:51]


Nəsimi rayon polis idarəsinin müstəntiqi Sevinc Babayevanın oğlu Ayxan Məmmədovdan izahat almaq istəyib. Bu barədə musavat.com-un əməkdaşına Ayxan Məmmədov özü məlumat verib. O, deyib ki, Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları onun yaşadığı evə gələrək, bölməyə dəvət ediblər. Ayxan Məmmədov evdə olmadığı üçün, polislərlə bir yerdə bölməyə gedə bilməyib. Lakin ona deyiblər ki, onu evdə cinayət axtarış şöbəsinin müstəntiqi Samir Məhərrəmov gözləyir. Ayxan Məmmədova telefonla məlumat verilib ki, bu gəlişin səbəbi onun Gülər Əhmədovaya yazdığı təhdid mesajıdır. İddiaya görə, A. Məmmədov Gülər Əhmədovaya onu öldürəcəyi barədə sms yollayıb. Lakin A. Məmmədov müxbirimizə deyib ki, o, belə bir mesaj yazmayıb: ?O mənim həyatımı bir dəfə məhv edib, daha bir dəfə məhv etməsi üçün əsas yaratmazdım...? Müstəntiq Samir Məhərrəmov isə müxbirimizə təsdiq edib ki, onun Ayxan Məmmədovun evinə getməsi sabiq deputat Gülər Əhmədovaya yazdığı təhdid mesajı ilə bağlıdır. Lakin ona şifahi xəbərdarlıq olunub. Müstəntiq suallarımıza cavab verməkdən imtina etsə də, bildirib ki, məsələ ilə bağlı Gülər Əhmədovadan polisə heç bir şikayət daxil olmayıb. Ayxan Məmmədov müxbirimizə onu da deyib ki, yaxın saatlarda o, polis idarəsinə gedəcək və izahat verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA