ilham Əliyev Davosda Davudoğlu ilə görüzdü

img

23-01-2013 [06:05]


Davosda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Nazir Əhməd Davudoğlu prezidenti Abdullah Gülün, baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb. Ölkələrimiz arasında həyata keçirilən bir sıra qlobal layihələrin, o cümlədən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin əhəmiyyəti qeyd edilib. Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər müzakirə edilib. İlham Əliyev onun da salamlarını Türkiyə Prezidenti Abdullah Gülə və baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA