General Rasim Musayevin obyektinə gecə basqını; ?Vulkan?da vulkan püskürür

img

23-01-2013 [12:00]


Dünən gecə işdən çıxarılan Gəncənin polis rəisi general Rasim Musayevin yaxınlarına artıq indidən təzyiqlər başlayıb. Belə ki, yanvarın 22-dən 23-n keçən gecə sabiq polis rəisinə məxsus, bacısı oğlu, Tərtər sakinin Asif Abbasovun işlətdiyi ?Vulkan? otelində əməliyyat keçirilib. Xatırladaq ki, bu otel Dövlət Yol Polisinin binasının yaxınlığında yerləşir və zaman-zaman ?Vulkan?ın adı priton qalmaqallarında çəkilib. Məlumata görə, hələ R.Musayev rəis olarkən də bu oteldə bir neçə dəfə əməliyyat keçirilib, amma general nəticəni özünün və yaxınlarının xeyrinə həll edə bilib. Bu dəfə isə vəziyyətin ağır olduğu bildirilir. Qeyd edək ki, mətbuatda R.Musayevin Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi döydükdən sonra işdən çıxdığı bildirilir(Gunxeber.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA