Rüstəm ibrahimbəyov aeroportda saxlanıldı

img

22-01-2013 [01:10]


Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, məşhur kinodramaturq Rüstəm İbrahimbəyov bu gün yenə Bakı aeroportunda saxlanılıb. Dramaturq Rusiya, Fransa və ABŞ-a turneyə yola düşəcəkdi. Əvvəlcədən sifariş əsasında VİP zaldan keçərkən onun baqajı qəbul edilib, minik bileti verilib, amma sonra sərhəd xidməti yolu kəsib. Sərhədçilər dramaturqa bildiriblər ki, o, minik üçün ümumi qaydada keçməlidir. Dramaturq dərhal ümumi sərnişin zalına gedib, lakin orada da onun üçün sərhəd bağlı olub, bu dəfə texniki səbəblərdən. R.İbrahimbəyov sərhəd məntəqəsinə yaxınlaşan kimi kompüter şəbəkəsində problem yaranıb. 16.10 Moskva reysinə minik başlamasına yarım saat qalmış kompüterlər ?Oskar? mükafatı laureatını ?tanıyıb? və o, sərhədçilərin kompüter problemini həll etmək vədləri ilə təyyarəyə yola düşüb. Bu barədə ?Turan?a bu səhnənin şahidi, Ziyalılar Forumunun nümayəndəsi Eldar Namazov bildirib. Yeni il ərəfəsində, dekabrın 30-da da buna bənzər hadisə baş vermişdi, amma bu dəfə Azərbaycanın girişində kompüterlər və sərhədçilər 2 saat ərzində İbrahimbəyovu tanıya bilməyiblər. Qeyd edək ki, Rüstəm İbrahimbəyov bu gündən Rusiyaya, Fransaya və Amerikaya turneyə yola düşür. O, bir sıra forumlarda və görüşlərdə iştirak edəcək. Məşhur kinodramaturq fevral ayının ortalarında Azərbaycana qayıdacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA