Mədət Quliyevdən yeni təyinat

img

21-01-2013 [12:20]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsi nazirliyin digər bir idarəsinin rəisinə həvalə olunub. Trend-in Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə təcridxananın rəisi vəzifəsinə müvəqqəti olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidov təyin olunub. Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının əvvəlki rəisi, ədliyyə polkovniki Elxan Sadıqov ötən həftə yaş həddi ilə bağlı təqaüdə göndərilib. Sadıqov 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsində çalışırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA