Metronun ?28 May? stansiyası bağlandı

img

21-01-2013 [11:20]


Yanvarın 21-dən ?28 May? stansiyasının əsas girişi təmirə bağlanıb. Bakı Metropoliteninin mətbuat xidmətindən bildirilib ki, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, ?28 May? stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanıb. Sərnişinlər bu müddət ərzində ?28 May? stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və ?Cəfər Cabbarlı? stansiyasının girişindən (?28 May? stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər. Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissədə aparılacağından ?28 May? stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq. Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA