Ötən il korrupsiyaya görə 45 polis izdən qovulub

img

19-01-2013 [05:41]


Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2012-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən daxili işlər naziri bildirib ki, görülən bütün tədbirlərə baxmayaraq il ərzində baş vermiş ağır yol-nəqliyyat hadisələrində ölənlərin sayının artması ciddi narahatlıq doğurur. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov çıxışında bildirib ki, 2012-ci ildə respublikanın avtomobil yollarında 2892 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1168 nəfər həlak olub, 2997 nəfər isə yaralanıb. Qeyd olunub ki, ötən il respublikada nəqliyyat vasitələrinin sayı 103 min artsa da baş vermiş yol-nəqliyyat hadisələrinin sayı əvvəlki illə müqayisədə cəmi 2 fakt, həlak olanların sayı 152 nəfər artıb, yaralananların sayı isə 34 nəfər azalıb. Müşavirəyə yekun vuran daxili işlər naziri Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli ?Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında Sərəncam?ı haqqında məlumat verib və Sərəncamdan irəli gələn vəzifələrin diqqətlə öyrənilməsini və icrasını tələb edib. Əməkdaşların iş şəraitinin və sosial problemlərinin həlli məsələlərinin daim nəzarətdə saxlanıldığını qeyd edən Ramil Usubov hələ də bəzi əməkdaşlar tərəfindən xidmətdə neqativ hallara da yol verilməsinin mövcudluğundan narahatlığını bildirib: ?Bunun nəticəsidir ki, təkcə ötən il ərzində 694 əməkdaş, o cümlədən 67-si korrupsiya hüquqpozmalarına görə cəzalandırılıb, 45 əməkdaş DİO-da xidmətdən xaric olunub, 17 nəfər isə tutduğu vəzifədən azad edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA