Bakıda 11 "qanuni oğru" tutuldu

img

19-01-2013 [03:11]


Yanvarın 18-də əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin Xətai rayonu ərazisindəki kafelərdən birində toplaşaraq aralarında nüfuz dairələrinin bölgüsünü aparmaları barədə Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub. Nazirliyin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, bununla əlaqədar dərhal həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində 11 nəfər saxlanılıb. Bu zaman onlar polisə müqavimət göstəriblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılmış, araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA