Mirhəsən Seyidov: Hər bir Azərbaycan gənci, tutduğu mövqe və siyasi əqidəsindən asılı olmayaraq qəlbində Vətən sevgisini yazatmalıdır

img

19-01-2013 [02:24]


Azərbaycan tarixən böyük və heç də asan olmayan bir müstəqillik yolu qət edib. XX əsr isə bizim üçün uğurlu olduğu qədər, bir o qədər də ağır itkilərlə dolu idi. Lakin, bütün bu itkilər bizim yaddaş tariximizdə, müstəqillik uğrunda olan addımlarımızda ?qəhrəmanlıq? xatirəsi kimi qaldı və qalacaq. 20 Yanvar hadisəsi bizim üçün ağır olduğu qədər, bir o qədər də şərəfli gün kimi yaddaşlarımıza həkk oldu. Yüzlərlə şəhid müstəqillik əsərini yazmaq üçün canından keçdi və bu əsəri ən mükəmməl şəkildə ərsəyə gətirilməsinə nail oldular. Hər bir gənc öz keçmişini bilməli və gələcəyə addım atmaq üçün bu günündə doğru addımlar atmalıdır. Bir ölkənin gələciyinin ən böyük elçisi, onun gəncləridir. Böyük gələcək üçün, sağlam gənclər lazımdır. Sağlamlıq yalnız səhhət deyil. Sağlamlıq səhhətlə yanaşı düşüncədə, təhsildə, dünyagörüşündədir. Hər bir gənc gələcəyə addımlarını daha qətiyyətlə atmaq üçün öz dilini və tarixini mütləq bilməlidir. Xüsusilə də bir Azərbaycan gənci. Keçmiş tarixə malik Azərbaycan, bu gün Qarabağ kimi ağır bir problem ilə yaşayır. Və bu çətin düyünün çözülməsi də heç də asan deyil. Lakin, çözümündə gənclərə düşən əsas vəzifə, Azərbaycanı layiqincə təmsil etmək və dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqdır. Həqiqətlər, faktlardır. Faktıar isə - tarixdir. Günü gündən bu faktları dünyaya çatdırmaq üçün, biz gənclərə böyük imkanlar yaradılır. Xüsusi ilə də, ölkə prezidentimiz cənab İlham Əliyevin 2013-cü ilin informasiya kommunikasiya ili kimi elan etməsi 20 Yanvar, Xocalı faciəsi və Qarabağ həqiqətlərinin işıqlandırılması istiqamətində işlərin aparılmasına təkan olacaq. Və bu böyük fürsətdən yetərincə istifadə etməli və ədalətin təmin olunması üçün çalışmalıyıq. Bu gün hər bir Azərbaycan gənci, tutduğu mövqe və siyasi əqidəsindən asılı olmayaraq qəlbində Vətən sevgisini yaşatmalıdır, daha fəal və aktiv fəaliyyətə cəlb olunmalıdır. Bu gün biz ? gənclər böyüklərimizin bizim üçün bu günə qədər gətirib çıxardığı tarixi həqiqətləri, biz özümüzdən sonrakı gələcək üçün daha dolğun şəkildə çatdırmalıyıq. Bir çox yerlərdə gənclər arasında liderlik bacarıqlarına malik olan şəxslər öz ətrafında olan gənclər arasında milli idealogiyanın formalaşmasına nail olmalıdır. Bunlar çox vacib amillərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA