Dini Komitədə ?20 yanvar? zəhidləri anıldı

img

18-01-2013 [06:33]


Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Komitə əməkdaşlarının, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə ?20 yanvar? faciəsinin 23-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib. DQİDK-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı: ?Bu bizim müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsi idi. Bu bir daha sübut edir ki, Azərbaycan öz azadlığını qanı bahasına qazanıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA