Azərbaycan hava məkanını pozan təyyarələri vuracaq

img

18-01-2013 [05:09]


Nazirlər Kabineti "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nı təsdiq edib. Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında həyata keçirilən uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanıb. Bu Qaydalar hökumətlərarası sazişlərə və Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) dərc edilmiş tələblərə uyğun olaraq Azərbaycan Respublikasının ərazisi üzərindən ötüb keçən, habelə onun hava limanlarına və aerodromlarına uçuşlar yerinə yetirən pilotlu və pilotsuz uçuş aparatlarının (Azərbaycan Respublikasına və digər xarici dövlətlərə məxsus) Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını müəyyən edir. Qaydalarda bildirilir ki, bu hallar Azərbaycanın hava məkanından istifadə qaydalarının pozulması hesab olunur: ?Sorğu (cədvəl, qrafik) göndərmədən, HHQ orqanlarını xəbərdar etmədən, sorğu qüvvəyə minməzdən qabaq və qüvvədə olma müddəti bitdikdən sonra hava məkanının istifadə edilməsi, müvafiq operativ orqanının icazəsi olmadan hava məkanından istifadə edilməsi, uçuşları idarəetmə orqanlarının və yaxalayan-qırıcı təyyarənin komandalarının yerinə yetirilməməsi, nəzarət məqsədləri üçün uçuş yerinə yetirən hava gəmiləri, xüsusi icazə alınmadan qadağan olunmuş zonanın və məhdud zonanın hava məkanından istifadə edilməsi?. Qadağan edilmiş zonalarda və məhdudiyyət zonalarında aşağıdakı hallar istisna olmaqla, hava məkanından istifadə qadağandır: ?Qaydaları pozan hava gəmilərinin ələ keçirilməsi məqsədi ilə yerinə yetirilən uçuşlar, həmçinin dövlətin maraqlarına xidmət edən digər operativ tapşırıqların yerinə yetirilməsi; Axtarış-xilasetmə işlərinin aparılması, habelə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı yardım göstərilməsi məqsədi ilə uçuşların yerinə yetirilməsi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA