Bakıda hərbi hissədə əsgər güllələndi

img

17-01-2013 [04:13]


Bakının Xəzər rayonu ərazisində əsgər güllə yarası alıb. Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Əsgərin qarın boşluğundan güllə yarası aldığı bildirilir. Xəstəxanadan anspress-ə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur. Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən ANS PRESS-ə verilən açıqlamada hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA