Ramil Usubov BMT-nin ölkəmizdəki nümayəndəsini qəbul edib

img

16-01-2013 [10:11]


Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisi Antonius Bernardus Bruku qəbul edib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, qonağı salamlayan nazir onu yeni təyinat münasibətilə təbrik edib, BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin olduğunu xatırladıb, təkcə son 3 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə təşkilatın təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə 1000 nəfərdən çox əməkdaşın iştirak etdiyini bildirib. Daha sonra qonağa kriminogen durumla bağlı məlumat verilib, dövlət müstəqilliyinin qorunub-saxlanılmasında, ictimai-siyasi sabitliyin bərpa olunub möhkəmləndirilməsində müstəsna rolu olmuş ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən, bütün bunların nəticəsi olaraq qazanılan uğurlardan danışılmış, bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam və inkişaf etdirildiyi vurğulanıb. Daxili işlər naziri onu da bildirib ki, rəhbərlik etdiyi qurum insan və vətəndaş hüquq və azadlıqlarının təmini ilə bağlı ümumdövlət siyasətinin həyata keçirilməsinə, əməkdaşların peşə hazırlığı sisteminin təkmilışdirilməsinə xüsusi önəm verir. Görüşdə BMT-nin aidiyyatı qurumları ilə həyata keçirilən layihələr çərçivəsində operativliyin daha da artırılması, texniki və metodiki baxımdan xidməti fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində mühüm işlər görüldüyü qeyd olunub. Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən cənab Antonius Bernardus Bruk regional və qlobal miqyasda rolu artmaqda olan ölkəmizdə görülən işləri yüksək qiymətləndirib, xarici ölkə vətəndaşlarının da tam təhlükəsiz mühitdə yaşayıb fəaliyyət göstərdiklərini vurğulamış və yaradılan şəraitə görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bir sıra digər məsələlər də müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA