?Xəzər-Lənkəran?klubu isa Qəmbərə hücumla bağlı rəsmi açıqlama verdi

img

15-01-2013 [12:21]


?Müsavat başqanı İsa Qəmbərə hücum edən şəxslərin əyinlərinə bizim klubun formasını geyinmələrindən xəbərdarıq. Amma İsa Qəmbər öz çıxışında da ?Xəzər-Lənkəran? azarkeşləri haqqında bir şey söyləməyib?. Bunu Modern.az-a açıqlamasında ?Xəzər-Lənkəran? futbol klubunun ictimaiyyətlə əlaqələr üzrə meneceri Leyla Xəlilova azarkeşlərinə qarşı səsləndirilən bəzi ittihamlara münasibət bildirərkən deyib. Klub rəsmisi qeyd edib ki, ?Xəzər-Lənkəran?ın formaları çox yerdə satılır və bunu çox adam alıb geyinir. ?Bizim formalar, bayraqlar ictimaiyyət üçün açıq yerlərdə satılır. Hamı pul verib onu ala bilər. Bu qalmaqalı salanların ?Xəzər-Lənkəran?la və kluba yaxın azarkeş qrupları ilə bağlılığı yoxdur?. Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər və partiya funksionerləri yanvarın 13-də Lənkərana səfər zamanı bir qrup şəxsin hücumuna məruz qalıblar. Həmin adamların əynində ?Xəzər-Lənkəran? futbol klubunun formaları olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA