Aslan ismayılov: ?Hərbi hissənin bütün heyətini həbs etsən də, nəticəsi olmayacaq"

img

12-01-2013 [03:43]


Xırdalandan üç ay əvvəl hərbi xidmətə çağırılmış Ceyhun Qubadovun hərbi hissədə döyülərək qətlə yetirilməsi cəmiyyətin tanınmış simalarını da ayağa qaldırıb. Tanınmış vəkil Aslan İsmayılov Ceyhun Qubadovun qətli fonunda son illər ordumuzdakı əsgərlərimizin ölümlərinə özünəməxsus münasibətini açıqlayıb. Tanınmış vəkil ?Facebook? sosial şəbəkəsi vasitəsiylə bildirib ki, əsgər ölümlərinin qarşısını kimlərinsə cəzalandırılması ilə deyil, sistemi dəyişməklə almaq olar: ?"Ayrı-ayrı lokal şəkildə kimisi cəzalandırmaqla, vəzifəsindən aşağı endirməklə bir şeyə nail olmaq olmaz. Daşkəsəndə bir müddət əvvəl altı nəfəri avtomatla güllələmişdilər. O zaman da korpus komandiri vəzifəsindən azad olundu, bəzi zabitlər tutuldu. Amma nəticə dəyişmədi. Bu isə o deməkdir ki, bütövlükdə ordudakı sistem, yanaşma dəyişməlidir. Azərbaycanda hamı qanuna tabe olmalıdır, azad, ədalətli seçkilər keçirilməli, ədalətli məhkəmə sistemi qurulmalıdır. Bütün bunlar olmasa, hərbi hissənin bütün heyətini həbs etsən də, nəticəsi olmayacaq...".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA