Əsgər ölümü ilə əlaqədar 2 nəfər həbs olunub

img

11-01-2013 [04:24]


Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə əlaqədar onun xidmət etdiyi hərbi birləşmənin cəzalandırılmış zabit heyətinin tam siyahısı məlum olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu əsgərin ölümünə görə kimlərin cəzalandırılması ilə bağlı APA-nın sorğusunu cavablandırıb: ?Xəbər verildiyi kimi, əsgər Ceyhun Qubadovun ölümü ilə əlaqədar müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir neçə yüksək rütbəli zabit barəsində vəzifə səlahiyyətlərini lazımı səviyyədə yerinə yetirmədiklərinə görə təsirli tədbirlər görüb. Nazirin əmri ilə korpus rəhbərliyi ciddi cəzalandırılıb. Bundan başqa, briqada komandirinin rütbəsi bir pillə endirilib. Briqadanın qərargah rəisi tutduğu vəzifədən azad edilib. Tabor komandiri, taborun qərargah rəisi və bölük komandirinin rütbələri də bir pillə aşağı salınıb?. Qeyd edək ki, əsgərin ölümü ilə bağlı artıq iki nəfər həbs edilib. Gəncədəki hərbi mənbələrdən teleqraf.com-a verilən məlumata görə, əsgər Ceyhun Qubadovun öldürülməsinə görə ?N? saylı hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA