Daxili izlər Nazirliyi əsgər ölümü ilə bağlı aksiyaya "yox" dedi

img

11-01-2013 [01:40]


Daxili İşlər Nazirliyi (DİN) əsgər Ceyhun Qubatovun ölümü ilə bağlı Azərbaycan gənclərinin yanvarın 12-də saat 16:00-da Fəvvarələr meydanında aksiya keçirəcəyi ilə bağlı münasibət bildirib. DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov SalamNews-a bildirib ki, əsgərin ölümü təkcə gəncləri deyil, ümumilikdə hamımızı narahat edir. Bununla bağlı respublika Baş Prokurorluğunda cinayət işi qaldırılıb və istintaq aparılır. Bu hadisəyə hüquqi qiymət verilməsi üçün dövlət tərəfindən qanunauyğun tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bununla bağlı keçiriləcək aksiya, hər bir hərəkət ölkə qanununa uyğun olmalıdır: "Sərbəst toplaşmaq haqqında" qanun tələb edir ki, aksiyaların keçirilməsi barədə əvvəldən Bakı şəhər İcra Hakimiyyətinə və şəhər icra orqanlarına məlumat verilməlidir. İcra orqanları aksiyanın keçirilməsi ilə bağlı yer və vaxt müəyyən etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA