Bu il köçkünlər üçün 8 qəsəbə salınacaq

img

11-01-2013 [12:56]


Yanvarın 11-də Nazirlər Kabinetində, Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun sədrliyi ilə ?Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı?nda və həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərə həsr olunmuş müşavirə keçirilib. Əli Həsənov müşavirədə çıxış edərək bildirib ki, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində, dövlət büdcəsindən, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına respublikanın rayonlarında məcburi köçkünlər üçün hər cür şəraiti olan qəsəbələr tikilmiş və onların istifadəsinə verilib. "Gəncə şəhərində artıq tikintisinə başlanılan 1500 mənzildən ibarət 25 beşmərtəbəli binadan ibarət şəhərcik, Bərdədə əvvəllər çadır şəhərciyi salınan yerdə 866 mənzildən ibarət 15 beşmərtəbəli bina tikilir", - Həsənov deyib və qeyd edib ki, həmçinin Abşeronda, İmişlidə, Qaradağda, İsmayıllı, Balakən və Qəbələ də belə binalar tikiləcək. Məcburi köçkünlərin hamısının həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər 2013-cü ildə də davam etdiriləcək. Bunun üçün kifayət qədər vəsait ayrılıb. Baş nazirin müavini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin uğurlu nəticələrini də diqqətə çatdırmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA