?Demokratik inkizaf Platforması? ictimai birliyinin layihəsi baza çatdı

img

11-01-2013 [12:39]


ik İnkişaf Platforması? ictimai birliyinin 01 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı ?Avropanın innovativ təlim texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqi perspektivləri və yeni fənn kurikulumlarının hazırlanması haqqında regional ictimai müzakirələrin və teledebatların təşkili? layihəsi başa çatdı. Layihə çərçivəsində 16.11.2012-ci il tarixdə Goranboy şəhərində, 08.12.2012-ci il tarixdə Tovuz şəhərində ictimai müzakirə və 30.12.2012-ci il tarixdə ?Türkel TV (TTV) regional televiziya kanalında teledebat keçirildi. İctimai müzakirələrin və teledebatın əsas məqsədi təbiət fənləri üzrə Avropanın innovativ təcrübə texnologiyasının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqi və yayılmasına, həmçinin, təbiət fənlərinə şagird marağının artırılması metodları və iteraktiv təlim texnologiyasına aid müəllimlərin bilik və bacarıqlarının artırılmasına yardım göstərməkdən ibarət idi. Layihənin icrası müddətində müşahidə edildi ki, təklif edilən innovativ texnologiya heç bir laboratoriya təchizatı olmayan ümumtəhsil məktəblərində də təbiət fənləri üzrə praktiki elmi təcrübələrin həyata keçirilməsinə, şagirdlərin fənnə, elmi yaradıcılıq işlərinə və məktəbə marağının artırılmasına, eyni zamanda, dərslərin interaktiv təlim texnologiyası prinsipləri əsasında qurulmasına, müəllimlərin bu sahədə səriştəliliyinin artırılmasına ciddi yardım edə bilir. Keçirilmiş tədbirlərdə RTŞ-nin metodistləri, təhsil ekspertləri və regionun qabaqcıl təhsil işçilərindən ibarət 84 nəfər və bölgə mətbuatının nümayəndələri iştirak etdi. TTV-də keçirilmiş teledebat vasitəsilə (ölkənin qərb sərhədlərindən Kürdəmir rayonunadək olan böyük bir ərazidə) təhsil ictimaiyyəti Avropanın innovativ təcrübə texnologiyası, təbiət fənlərinə şagird marağının artırılması metodları və iteraktiv təlim texnologiyasının tətbiqi üsulları barədə məlumatlandırıla bildi. Layihənin icrasına ?Təhsil Tədqiqatları Mərkəzi? ictimai birliyinin əməkdaşları da cəlb edilmişdi. ?Demokratik İnkişaf Platforması? ictimai birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müsbət rəyi və tövsiyəsini, təklif edilən innovasiyanın təlimin keyfiyyət səviyyəsinin yüksəldilməsində müşahidə edilən rolunu nəzərə alaraq, bu texnologiyanın ölkənin bütün ərazisində yayılması üçün çox sayda müvafiq layihələri reallaşdırmaq niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA