Səfər Əbiyev əsgər ölümünə görə sərt addım atdı

img

10-01-2013 [07:48]


Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu cəzalandırıb. Nazirin bir qədər əvvəl imzaladığı əmrlə birləşmə komandirinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib. Bu barədə məlumat verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bundan əlavə, Daşkəsəndəki hərbi hissənin komandiri də müdafiə naziri tərəfindən cəzalandırılıb. Onun rütbəsi bir pillə aşağı salınıb. Mərhum əsgərin bölük komandiri isə tutduğu vəzifədən azad edilib və onun barəsində cinayət işi açılıb. Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissənin digər vəzifəli şəxsləri intizam tədbirləri həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA