?Pezələri məsafədən seçək?! distant məlumat məsləhət xidmətinin yaradılması

img

10-01-2013 [02:30]


?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramının icrası ilə əlaqədar olaraq gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2012-ci ilin sentyabr ayının 11-dən oktyabr ayının 11-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə 80 təşkilat layihə təqdim edib. ?Azərbaycan gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramının icrasına öz dəstəyini verən QHT-lərdən biri də ?Demokratik Gənclər İctimai Birliyidir. Layihənin əsas məqsədi gənclərin müasir peşələrə stimullaşdırılması, köhnə steotiplərdən uzaqlaşdırmaq, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi, karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməkdən ibarətdir. ?Peşələri məsafədən seçək?! distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi ?Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə? Dövlət Proqramının həyata keçirilməsi üzrə müvafiq tədbirlər planınında (6.6.3.7 bəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlməklə gənclər işinə böyük töhfələr verəcəkdir. Layihə çərçivəsində: - Peşə seçimi ilə bağlı İnternet Portal yaradılacaq ki, gənclər portal vasitəsi ilə özlərinin bacarıqlarının hanı istiqamətə daha uyğun olduqlarının müəyyən edilməsini, müxtəlif iş və peşə seçimi imkanları, distant təhsil vasitəsi ilə müxtəlif kurslardan keçmə imkanlarına eyni zamanda interaktiv məlumat ? məsləhət xidmətlərinin alması kimi imkanlara malik olacaqlar. Bu portalda interaktiv elektron resurslar, Gənclərin karyera hazırlığı ilə əlaqədar video çarxlar, bundan əlavə Birliyin Azərbaycan Gənclər Fondunun mliyyə dəstəyi ilə nəşr etdiyi ?UĞURLU TƏLİM PEŞƏLƏRİ, ONLARIN SEÇİMİ, SEÇİMLƏR ZAMANI YARANAN ÇƏTİNLİKLƏR VƏ ONLARIN ARADAN QALDIRILMA YOLLARI? kitabının elektron versiyası yerləşdiriləcək. - Layihə çərçivəsində 1000 ədəd Peşə hazırlığına yönəldilmiş Azərbaycan və Rus dillərində yazılmış kitab hazırlanacaq. - Azərbaycanda məhz uğurlu təlim peşələri ilə bağlı ilk dəfə Rus dilli gənclər üçün ???????????????? adlı bir kitabça da hazırlanacaq. - Bu kitablarda Düzgün Peşə hazırlığı, Peşələrin seçilməsi, şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi üçün bütün lazım olan amillər öz əksini tapmış olacaq. Hazırlanan kitabda maraqlı məlumatlar öz əksini tapmış olacaq. - Peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində gənclərin internet texnologiyaları vasitəsilə məsafədən (distant) peşə hazırlığı və ixtisasartırma fəaliyyəti imkanı yaratmaq; - əlavə peşə və qeyri formal təhsil almaq üçün texniki bazanı formalaşdırmaq; - İKT-nin tətbiqi ilə peşə təhsilinin keyfiyyətini artırmaq; - onlayn testləşdirmə və monitorinq sistemləri vasitəsilə bilik və bacarıqları qiymətləndirmək; Layihədən sonra təlim keçilən regionlarda bu regionların Dövlət Qrumları, xüsusi ilədə Gənclər İdman İdarələri və Məşğulluq İdarəsi ilə görüşlər keçirdərək, və bu görüşlər nəticəsində bu regionda Karyera mərkəzlərinin yaradılması nəzərdə tutulur. Mərkəzdə işləmək üçün könüllü Təlimçilər yetişdiriləcək. Bu könüllü təlimçilər qazandılqrı bilik və bacarıqlar vasitəsi ilə öz regionlarda gəncərin Karyera bacarıqlarının artırılmasına köməklik edəcəklər. Layihə çərçivəsində 300 nəfər gənc iş yerlərinin axtarılması və karyera imkanlarınının qazanılması təcrübəsi əldə edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA