Azərbaycandakı hərbi hissədə qanlı olay

img

07-01-2013 [02:07]


Yanvarın 7-də saat 11:30 radələrində Qazax rayonunun Cəfərli kəndindəki "N" saylı hərbi hissədə silahlı insident baş verib. Mia.az ANS-ə istinadən xəbər verir ki, Yevlax rayon Hərbi Komissarlığdan çağrılmış 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadə əsgər yoldaşı Yevlaxdan çağrılan 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovu güllələyib. Baş nahiyyəsindən ağır yaralanan əsgər Ruslan Şahbazov hospitala yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir. Hələlik insidentlə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA