Sabahdan hava kəskin dəyizəcək

img

07-01-2013 [01:20]


Bir necə gün davam edən nisbətən mülayim qış havasından sonra Bakıda və Abşeron yarimadasında yanvarın 9-da hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə yanvarın 9-da və 10-da 5-10 dərəcə enəcək. Yanvarın 9-u axşam saatlarında və 10-da gün ərzində, yanvarın 11-i səhərədək hava fasilələrlə yağıntılı olacaq. Bu proses sulu qarla başlayacaq. Yanvarın 10-da gün ərzində arabir qar yağacaq. Eyni zamanda, bu proses şimal küləyinin güclənməsi ilə müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20, arabir 25 metrə çatacaq. Havanın temperaturu yanvarın 9-da gecə 0-2 dərəcə isti, gündüz 2-4 dərəcəyə yaxın isti olacaq. Tağıyeva deyib ki, yanvarın 10-da gecə və gündüz saatlarında eyni temperatur müşahidə olunacaq. Həmin gün 1 dərəcə istidən 2 dərəcəyədək şaxta proqnozlaşdırılır. Azərbaycanın rayonlarında isə bu proses yanvarın 8-i axşam şimal və qərb rayonlarından başlayacaq və yanvarın 11-i səhərədək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA