Azərbaycanın keçmiz Baz prokuroru vəfat edib

img

06-01-2013 [02:34]


Azərbaycanın eks-Baş prokuroru Murad Babayev vəfat edib. 62 yaşlı eks-Baş prokuror iki saat bundan öncə ürək tutmasından dünyasını dəyişib. Murad Babayevin yaxınları Modern.az saytına bildiriblər ki, mərhum yanvarın 6-də saat 15.00-da Bakının Binəqədi rayonundakı qəbiristanlıqda dəfn olunacaq. Xatırladaq ki, Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarxində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973?cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası Baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin Baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib. 1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Dünyasını dəyişənədək Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiri vəzifəsində çalışıb. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA