?Binə?də yenidən ara qarızıb; Sahibkarlar mərkəzi yolları kəsməyə hazırlazır

img

04-01-2013 [11:27]


Binə ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova kiçik sahibkarları yenidən hədələməyə başlayıb. Artıq Kəbirə Məmmədovanın yenidən 5-6 ay əvvəl olduğu kimi, ?Binə?dəki mağaza sahiblərinin hər birindən müxtəlif məbləğdə pul tələb etməsi böyük narazılıq yaradıb. Lakin o, qanunsuz tələbindən geri çəkilməkdənsə, narazı və yaxud tələb etdiyi məbləği vermək imkanı olmayan kiçik sahibkarları qoçuları ilə hədələyir. Bu isə narazılığı daha da alovlandırır. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə mağaza sahiblərindən bir neçəsi məlumat verib. Onların sözlərinə görə, Yeni il ərəfəsində Kəbirə Məmmədova növbəti təhdidləri ilə kiçik sahibkarları sıxışdırmağa başlayıb: ? O, hər mağaza sahibindən ötən ilin iyun-iyul aylarında olduğu kimi yenidən 4-5 min manat pul tələb edir. Həmin pulu verməyənləri isə həm şəxsi, həm də bazarın mühafizəçiləri ilə döydürmək, mağazasını qapatmaq və mallarından məhrum edəcəyi ilə hədələyir. Artıq vaxtı ilə satın aldığımız, amma hər ay müxtəlif adlarla, həmçinin icarə adı ilə pul ödədiyimiz mağazalarımızda işləyə bilmirik. Kim 5000 manatı verirsə, ona problem yoxdur. Bizim hər birimizin topdansatış mərkəzlərinə 100-150 min manat borclarımız var. Bunlar isə heç nəyə məhəl qoymadan israrla istədiklərri qanunsuz vəsaiti bizdən ödəməyi tələb tələb edirlər. Yeni il bizə yeni dərd gətirdi. Bunlar elə bir vəziyyət yaradırlar ki, bizi yolları kəsməyə və digər aksiyalara əl atmağa sürükləyirlər?. Hazırda çıxılmaz vəziyyətdə olan kiçik sahibkarlar ölkə rəhbərliyindən kömək gözlədiklərini deyirlər: ?Biz ölkə rəhbərliyindən, konkret cənab prezidentdən kömək gözləyirik?. Məsələ ilə bağlı qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA