Sevinc Babayevanın anasının vəziyyəti qəfil pisləzib

img

03-01-2013 [06:25]


Türkiyədə şübhəli şəkildə vəfat edən Sevinc Babayevanın bu gün ilk cüməaxşamı olub. AzNews.az-a yas mərasimində iştirak edən mənbənin verdiyi məlumata görə, S.Babayevanın anası Zəhra Babayeva ağır xəstədir. Yanvarın 2-də evdə qısa müddətə tək qalan Z.Babayevanın vəziyyəti daha da pisləşib və yaxın qohumları onun hazırda yaşadığı evə gələrək, ilkin tibbi yardım göstəriblər: ?Qızının ölümü Zəhra xanıma olduqca pis təsir edib. Çox sayda dərmanla onu sakitləşdirmək mümkün olmur. Buna görə də yaxınları onu evdə tək qoymurlar?. Məlumata görə, S.Babayevanın anası yüksək qan təzyiqindən əziyyət çəkir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA