Polis məhkəmə icraçısının avtomobilini əzib

img

03-01-2013 [03:14]


İmişlidə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən bayram şənliyi qanqaraçılıqla başa çatıb. Verilən məlumatda deyilir ki, İmişli əhalisi rayon Mədəniyyət Evi qarşısında bayram şənliyi ilə bağlı toplaşıb. Amma rayon polisi buna imkan verməyib və əhalini dağılmağa çağırıb. Məlumata görə, əhali polisin bu istəyinə ehtiraz edib. Belə olduqda isə polis əlindəki dubinkanı işə salıb və bayram şənliyinə gələnləri əlindəki dubinkaya qonaq edib. Məlumata görə, 100-ə yaxın İmişlili hətta polisə belə aparılıb. Hadisə zamanı İmişli Rayon Məhkəməsinin icraçısı Vilayət Əliyevin avtomobili belə polis tərəfindən əzilib("Vətəninfo.az").

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA