Zahid Dünyamalıyevlə Elzad Abdullayevin görüzü necə baz tutub?; Rövzanə Əliyeva yenidən danızdı

img

03-01-2013 [02:12]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yenidən bəzi KİV-lərə təzə video göndərib. Bu dəfəki videoda isə Elşad Abdullayevlə Rövşanə Əliyevanın görüşünü əks etdirən kadrlar var. Məsələ ilə bağlı R.Əliyeva ilə əlaqə saxladıq. Xanım bu video barədə dəhşətli məsələləri danışdı və şok açıqlamalar verdi... [b]- Rövşanə xanım, bu nə görüşdür? Montaj edildiyindən bəzi şeylər aydın başa düşülmür, söhbətin nədən getdiyi bilinmir...[/b] - Bilirsiniz, yəqin siz də görürsünüz ki, Elşad Abdullayev kişilərlə bacarmadığından keçib qadınları şantaj etməyə. O, vaxtilə ona etibar etmiş, yazığı gəlib ona nədəsə kömək etmək istəmiş insanların etibarından sui-istifadə edərək onları kabinetində, ayrı-ayrı yerlərdə söhbətə çəkərək gizli şəkildə hər şeyi videoya çəkirmiş. İndi də həmin videoları yayıb şantaj edir və qapı-qapı gəzib ondan-bundan pul alır. Bəzi insanların bu video şantajlardan sonra həbs olunması isə vaxtilə Elşadla görüşüb əlaqə saxlamış bütün insanları həyəcan içində saxlayır, Elşadı isə yaxşıca şantaj pulları əldə etməyə həvəsləndirir... Bu video da onlardan biridir. Onu da deyim ki, məni Elşad işə götürmüşdü. Guya. Ona görə belə deyirəm ki, mən Təhsil Problemləri İnstitutunun aspirantı idim və mütləq ali təhsil ocaqlarının birində işləməli idim. Mən də təsadüfən ABU-ya müraciət etdim. Sənədlərimi toplatdırdılar və verdim Eldəniz Abdullayevə. Elşadın qardaşına. Əvvəlcə söz verdilər ki, 0,25 stavka ilə, 6 ay sonra yarım, bir ildən sonra isə tam stavka ilə işə götürəcəklər... Aylarla get-gəldən sonra məndən 3 min dollar pul istədilər. Dedim ki, kasıb ailədənəm, imkanım yoxdur. Və bu müddətdə həm də gedib-gəldiyimə görə ABU-da baş verənləri görüb dəhşətə gəldim. Qohum-əqrabanın "kolxoz təsərrüfatına" bənzəyən bir fəaliyyət idi. Odur ki, iyrənib sənədlərimi geri istədim. Bu günə kimi də geri ala bilmədim... [b]- Elşad Abdullayevin dünən yaydığı videodakı görüşünüz necə olub?[/b] - Bu o zaman idi ki, Arzu Kazımov onun fırıldaqlarını və qardaşı ilə bağlı müəmmalı işlərlə məşğul olduğunu, hətta aparılan təhqiqatların nəticəsi olaraq ona deyilmişdi ki, yaxşı olar sən özün qardaşının harda olduğunu bizə de, gedib tapıb gətirək, bunlara görə Arzu Kazımov ondan imtina etmişdi və görüşmürdü, telefonlarına cavab vermirdi. Arzu Kazımov Elşada açıq şəkildə demişdi ki, qardaş, məndən xahiş etdin, mən də səni yaxın dostum, yerlim Zahid Dünyamalıyevlə tanış etdim, dedim ki, bəlkə bu işdə bir az da təkan olar, indi get istintaqla işlə. Mənim öz işim-gücüm var... Arzu Kazımov ona belə demişdi. Elşad isə, öz açıqlamalarında da deyir, səhər müstəntiqlə görüşürdü, günorta prokurorla, axşam isə falçılarla. Arzu Kazımov da bunları duyurdu. Ona görə də ondan tamamilə kənar dururdu... Axı məntiq də budur ki, artıq istintaq qrupu varsa, bəs kənar adamlarla zəhlətökən müzakirələr nə deməkdir? Bu, istintaqa da təhqirdir. Necə ki, hazırda Prezidentin tapşırığı ilə Xüsusi İstintaq Qrupu yaradılıb, iş gedir, o isə hər gün bir video yayıb baş qatır, istintaqa mane olur. İnanın ki, qəsdən. Bu isə onu göstərir ki, bu adamın məqsədi qardaşının tapılması və ya axtarılması deyil, ABU-dakı əməllərinə görə cavab verməkdən, məsuliyyətdən uzaq olmaq, özünü qardaşını axtardığına görə təqib edilmiş kimi göstərmək, məsələni siyasiləşdirmək, sonra məlum videoları ilə insanları şantaj altında saxlayıb pul almaq, öz əməllərinin məsuliyyətindən kənarda durmaq. Görürsünüzmü, istintaq son vaxtlar ABU-nun təcili arxivə verilmiş sənədlərini qaldırıb araşdırır deyə, Elşad qışqırıq salır. İstintaq bilməmlidir ki, onun "incə yeri" ABU-nun sənədlərinin araşdırılmasıdır. Dəhşətli cinayətlər onda üzə çıxacaq, minlərlə valideyn onu didəcək... Qayıdıram mətləbə. O vaxt Elşada istintaqçılar da həmin sözü demişdilər ki, qardaşının yerini bilirsən, bizə de, gətirək. O vaxtı məni divara dirəyirdi ki, sən əlaqəli xanıma oxşayırsan, qardaşımı tapsalar nə olar, tapmasalar nə baş verər? Və onda Arzu Kazımov onu söyüb qovmuşdu. Çünki özü də qardaşının gah Amerikada, gah Rusiyada olduğunu deyirdi. Bax bu videoda isə məni yanına çağırdığı həmin görüşdür. Orada bacısı Səbirə və qardaşı Eldəniz də var. Sağ tərəfdə oturublar. Niyə onların üstünü örtüb və onların danışığını da vermir? Kişiliyi çatırsa, həmin videonu montaj etmədən versin. Həmin gün mən ABU-ya tam təsadüfən gəldim. Onlar ABU-nun həyətində məktəb-bağça kompleksi tikmək istəyirdilər. Onlar mənə də iş tapşırmışdılar. Mən də kömək etmək istəyirdim, ora-bura sənəd aparırdım. Çünki məni də ABU-da işə götürməyə söz vermişdilər. Amma bu işlərdən ağlım bir şey kəsmirdi. Gəldim ABU-ya və Eldənizə dedim ki, qurban olum, mənim sənədlərimi ver... Mənim də orda 3 tələbəm var idi. Yaxın qohum və tanışların uşaqları idi. Elşad da hər dəfə onlara problem yaradırdı. Hətta Eldənizə də dedim ki, kasıb uşaqlardır, qoyun oxusunlar, başqa şeyə imkanları yoxdur. Hətta həmin gün Eldənizə hər şeyi açıb dedim ki, ay Eldəniz, məndən nə pislik görmüsünüz, sizinlə ocaqlara, pirlərə getmişik, nə işiniz olub, kömək etməyə çalışmışam. Dedim, məndən xahiş etmisiniz, Arzu Kazımovla tanış olubsunuz, sonra DİN müavininin yanına da getmisiniz. Mən sizi bandit, cinayətkar yanına göndərməmişəm axı. İndi məndən nə istəyir bu Elşad? Sonra Elşad bizi yanına dəvət etdi... Amma Elşad bu videoda özünün dediyi dəhşətli şeylər var ki, hamısını kəsib töküb... Həmin görüşdə dövlət əleyhinə çağırış və çıxışları var idi. Hətta həmin görüşdə özünün arxasında duran adamın kimliyi, hara və kimə bağlı olduğu, həmin o bağlı olduğu yer ilə öhdəlikləri, stolunun altından çıxarıb bizə göstərdiyi avtomat silahla kimlərin ünvanına nələr deməyi və s. hər şey var. Hətta dedi ki, "Mənim silahım, avtomatım, sursatım var... Mən elə-belə adam deyiləm, dünyanı istəsəm dağıdaram, desələr ki, gəl qardaşının arxasınca, bu avtomatla gedib gətirəcəyəm...". Həmin görüşdə bacısı da təsdiq edər ki, onun silah məsələsini görəndə quruyub qaldıq və dedim ki, ay Elşad müəllim, sən silahla gedənsənsə, daha bu boyda qalmaqal nəyə lazımdır? Polisin silahı da var, gücü də. Təki Mahirin yeri bilinsin... O, Arzu Kazımovla araları dəymişdi deyə, məndən əl çəkmirdi ki, yox, Arzu Kazımova de, məni qəbul eləsin, telefonuma cavab versin. Mən isə ona elə ordaca əsəbləşib dedim ki, ay Elşad müəllim, Arzu Kazımov bilər, siz bilərsiniz. Mənim nə qatışacağım? Mahir nədir, toyuqdur, cücədir, nədir? Yer yarılıb yerə girməyib ki? İstintaqdan soruş, sən çatandan, qabağına çıxandan soruşursan ki, görəsən Mahir Abdullayev hardadır? İstintaq sirrini artıq bütün Bakı bilir. Belə axtarış olur? Həmin vaxt mən əməliyyatdan çıxmışdım, nəzarətdən çıxmışdım, halım pis idi, güclə gəlmişdim. [b]- Deyirsiniz ki, o, həmin söhbətdə tanınmış şəxslərin adını çəkib. Kimlər idi?[/b] - Onun adını çəkdiyi şəxslər Aqil Əliyev idi... Kimlər-kimlər. Nələr deyirdi, onların adını açıqlasam ölkə şoka düşər... O isə həmin görüşdə məndən tələb edirdi ki, filankəsə de ki, belə eləsin. Deyirdim ki, ay qardaş, mən də adi bir adam, təsadüfən Arzu Kazımovla tanış eləmişəm, indi o bilər, sən bilərsən...O adam da sənin telefonunu götürmür, mən neyləyim? Elşad da mənə deyirdi ki, onda oğluna de, atasına desin ki, mənim telefonuma cavab versin... [b]- Nə istəyirdi axı?[/b] - O istəyirdi ki, Arzu Kazımov onu bir də Zahid Dünyamalıyevin yanına aparsın... Amma bildiyim odur ki, Elşadın məntiqsiz söz-söhbəti, DİN-dən çıxandan sonra falçı yanına getməsi və s. kimi hərəkətləri bilinirdi və bu da DIN-də pis qarşılanırdı, istintaqı ələ salmaq, təhqir etmək idi. Arzu Kazımov da bunlara görə onunla görüşdən imtina etmişdi. [b]- Videodan belə görünür ki, siz A.Kazımovun oğluna zəng edirsiniz...[/b] - Mən artıq onun təkidlərindən və hədələrindən qorxdum. Silahı da görəndə lap həyacanlandım, əməliyyatdan çıxmış adam idim... Və mən də Zaura zəng edib onunla danışdırdım ki, məndən əl çəksin... Mənə yalvardı, dil çıxardı ki, məni heç olmasa oğlu ilə calaşdır, mən xahiş edim... Yanımızda olan bacısı Səbirə, qardaşı Eldəniz bunu yaxşı bilir. Elşad isə məni şantaj edib deyirdi ki, guya mən onun A.Kazımovla arasını vurmuşam, görüşməyini istəmirəm. Mən də onu inandırmaq üçün zəng edib Zaurla calaşdırdım... Sonuncu dəfə isə A.Kazımov ona demişdi ki, Elşad, mən tikinti işlərindən baş aça bilmirəm, min bir problem var, mənə gündə on dəfə zəng eləmə ki, məni Zahid müəllimlə görüşdür. Zahid müəllimin belə şeylərdən acığı gəlir, etika var axı... [b]- Siz orda Zauru tərifləyirsiniz...[/b] - Vallah, həmin vaxt Zauru niyə tərifləmişəm, heç yadımdan çıxıb... Çünki Elşad silahla məni elə təhdid eləmişdi ki, mən şok vəziyyətində idim. Həmin vaxtlarda çalışırdım ki, onun könlü xoş olsun, məndən əl çəksin. Mən belə düşünürdüm ki, qardaş itirib, yəqin buna görə başını itirib. Amma sonralar və bu video şantajlarından sonra görürük ki, əksinə imiş. O, indiyədək rola giribmiş... Təkrar edirəm, o, dəfələrlə məni ölümlə hədələyib. [b]- O, səni niyə təhdid edirdi?[/b] - Çünki o bütün oyunlarını həyata keçirməyəndə belə edirdi... Onun bir başbiləni var idi, oyununu idarə edən... O, Elşada demişdi ki, "Sən bu qızı şirnikləndir, qıza de ki, ya səni dekan qoyuram, ya da 30 min dollar pul verirəm...". O vaxt 30 min dollar böyük pul idi. Oyunu idarə edən demişdi ki, "Qıza de, bu pulu götürsün və sonra Arzu Kazımovun üzünə durub desin ki, Mahirin tapılması üçün Elşad yanımda Arzuya pul verib... Həm də Zahid Dünyamalıyevə, DİN-də pul verib...Mən dedim ki, ölkənin daxili işlər orqanını ifşa edə, yalan danışa bilmərəm. Mən şantaj edə bilmərəm...Həmin videoda da var, mən ona dedim ki, axı sən mənim yanımda nə vaxt pul vermisən? Dedim, sən indiyədək demisən ki, Mahirə görə pul vermişəm? Dedi ki, yox, deməmişəm... Dedim, yaxşı, bəs sən indiyə kimi kimə pul vermisən? Qardaşı Eldənizin, bacısı Səbirənin yanında dedi ki, bilirsən, mənə deyiblər ki, sən belə deyəsən... Bu zaman yanımızda oturmuş qardaşı Eldəniz dedi ki, "Ay Elşad, Allahın olsun, bu yetim qızdır, axı onun bizə bir pisliyi olmayıb, sənsə düşmüsən onun üstünə..." Bacısı da eyni sözü dedi. [b]- Bəs o, nə reaksiya verdi?[/b] - Dedi ki, bizə bu dəfə də yaxşılıq eləsin, getsin Arzunun üzünə dursun... Mən də bu "yaxşılı..." eləmədim, onun üzünə tüpürdüm... Kamerası onu da çəkib. Bu vaxt özümü idarə edə bilmədim və stolun üstündə qab var idi, deysən, güldan idi, onu da vurub qırdım... Dedim ki, yadında saxla, sən məndən istifadə edə bilməyəcəksən. Mən sənə nə qabam, nə çömçəyəm, nə qaşığam, stəkanam. Yəni, mən sənə alət deyiləm. Özünə dedim ki, mən bura işləməyə gəlmişdim, sən isə sənədlərimi alıb 5 aydır fırladırsan. Amma yadında saxla, mən səninlə heç vaxt pul bazarlığına getməmişəm. Bir dəfə sənin pulunu alıb yeməmişəm. Mən zəhmətimlə yaşayan insanam. Dedim, mən nə Gülərəm, nə Sevincəm ki, pul alıb bazarlığa gedəydim... [b]- Elşadın sizə qarşı yeganə ittihamı budur ki, o, video açıqlamalarında da deyir ki, məni Arzu Kazımovla tanış edən Rövşanə Əliyevadır. Bu tanışlıq necə olmuşdu?[/b] - İstintaqda da demişəm bunu... Bu adama sual verən yoxdur ki, sənin qardaşın Eldəniz "Neftçi-İdman Bazası"nın qarşısında 15 gün səhər tezdən nə gəzirdi və kimi gözləyirdi? [b]- Orda neyləyirdi ki?[/b] - Onlar orda səhər saat 7-dən post qurub Zahid Dünyamalıyevi gözləyirdilər ki, desinlər ki, Zahid müəllim, sabahınız xeyir, bizim qardaşımız itib, bizə kömək elə... Bu görüş təbii ki, mümkün olmamışdı. Sonra Eldəniz gəlib ABU-da Elşada deyib ki, mən Zahid Dünyamalıyevi orada idmana gələrkən hər gün görürəm. Onun yanında bir kök adam var. Orada öyrənmişəm ki, o, Zahid Dünyamalıyevin ən yaxın adamıdır. Onun adı isə Arzu Kazımovdur, naxçıvandandır...Onlar idmandan qoşa çıxırlar. Eldəniz bunu təsadüfən mənə də deyib. Soruşub ki, təsadüfən tanımırsan? Axı sən Qərbi Azərbaycanlıları, naxçıvanlıları yaxşı tanıyırsan... Demişəm ki, mənim qonşumdur, xalası mənim qonşumdur. Dedim, qonşu kimi deyərəm, amma bilmirəm o, sizi Zahid Dünyamalıyevlə görüşdürər, yoxsa yox... Səhvim ondadır ki, təsadüfən tanıdığımı bunlara dedim. Məni abırdan saldılar. Təsəvvür etməsiniz, necə dil çıxarıb yalvarırdılar... Sonra Arzu Kazımova yalvarıb demişəm ki, qurban olum, Elşadı qəbul edin, o, DİN-ə qəbula getmək istəyir-Zahid müəllimin yanına... Yaxşı, mən onlara nə pislik eləmişəm? Ölkənin DİN-nə gediblər də. İndi mənim günahım nədir? Deyir ki, mən zərərçəkmişəm. Yaxşı, vətəndaşsan, qəbula getmisən. Dünya dağılıb? Adam adama xeyirxahlıq edər. Qalan işlərdə mənim suçum nədir? Sən sonra Zahid Dünyamalıyevlə hər hansısa bir iş görmüsən, bunun mənə dəxli varmı? Axı, sən Z.Dünyamalıyevlə də heç bir iş görməmisən. İndi başlamısan rəhmətə getmiş adamın adına şər deməyə. [b]- Deməli, günahınız onları tanış etmək olub...[/b] - Bəli. Hər dəfə də məni silahla qorxudub, təhdid edib ki, sən belə de, üzə dur... İndi yaydığı həmin video olan gün də stolunun altından çıxarıb bizə silah göstərib. Qardaşı, bacısı da həmin videoda var, qoy soruşsunlar... Həmin görüşdə isə canımın dərdindən mən Zaura zəng etmişəm və telefonu Elşada vermişəm ki, məndən əl çəksin. Görüşdən çıxandan sonra isə Zaur mənə zəng edib biabır etdi ki, Elşad kimdir ki, sən məni onunla calaşdırırsan? Həmin vaxt Zaurun xalası oğlu da ABU-da oxuyurdu. Zaur Eldənizə xahiş edib nəsə bir arayış almışdılar. Özü də dedi ki, mən Nabrandan, dənizdən gəlirəm. Mən durub ona qardaş axtaranam? İstintaq var, nazirlik var, qoy ora desin, bir də mənə belə iş üçün zəng eləmə... Dedi ki, atamla nə problemi, söhbəti var, özləri bilər. Məni belə işə qatmayın. Dedim ki, atanla problemləri yoxdur, sadəcə, atan deyib ki, mən bunun əlindən bezmişəm, hər gün zəng edir ki, nooldu, mən də iş-güc adamıyam, onunla əlaqələrdən xoşum gəlmir, bu adam şər-şür adama oxşayır və sair. Sonra Zaura dedim ki, qurban olum, Elşad zərərçəkmiş adamdır, ağlayanda yazığım gəlir, məni də işə götürmək istəyir, imkan olsa kömək elə... Vəssalam! Mən də hər dəfə Elşada ürək-dirək verirdim ki, darıxma, vallah, qardaşın sağ-salamatdır, qayıdıb gələcək... Yəni, mən ona insan kimi ürək-dirək vermişəm. Bu cinayətdir? Həmin o videodakı qardaşı və bacısı da bilir, bir yerdə ocaqlara getmişik, qurban kəsmişik, dərdlərinə şərik olmuşam... Mən nə bilim ki, bu adam oyun oynayırmış. [b]- Elşad Abdullayev hər dəfə o, istintaqda axtarmalı olduğu qardaşını falçılarda, mülki şəxslərlə sövdələşmələrdə axtarıb... Onun qardaşı MTN-də işləyirdi. Niyə o, MTN-ə müraciət etmirdi?[/b] - Biz də, yəni ABU-dakılar da ona dəfələrlə deyirdik ki, MTN-ə müraciət elə. O isə deyirdi ki, mənə deyiblər ki, ora olmaz... Sən DİN-ə get, ordan tələb elə... [b]- Bəlkə sonda nəsə demək istəyirsiniz?[/b] - Onu deyirəm ki, Elşad, sənə etdiyim yaxşılıqları halal eləmirəm. Mən Azərbaycanın müstəqilliyi yolunda əziyyətlər çəkmişəm, mübarizə aparmışam... Sən neyləmisən? Saxta diplom satmaqla bu xalqın pulunu ələ keçirmisən. Bu montyor İslam kişinin oğlu məndən nə istəyir? Hamıya da deyir ki, atam Kürdəmirdə kolxoz sədri olub... O hansı kolxoz imiş? O, əvvəlcədən pllanlaşdırıb gizli video çəkib. Deməli, onun əvvəldən məqsədi olub. Mən nə bilim nə sual verib nə cavab istəyəcəksən və hələ bir sonradan da özünə sərf eliyəni saxlayıb qalanını çıxaracaqsan. Bu kişiyə yaraşan iş deyil... [b]"Mən Eldənizə axırıncı dəfə dedim ki, sizin bir məkrli planınız var, Allah öz başınıza gətirsin! İndi də bilirəm ki, hazırda Elşadın ipi kimin əlindədir. Dartırlar, o da danışır..."[/b] Dediyimi olduğu kimi yazın: mənim ağzımı açdırmasın, sonuncu dəfə xəbərdarlıq edirəm! Bunu sifariş verənləri də bilirəm, bu oyunu quranı da bilirəm kimdir... Amma həmin o adamlara deyirəm ki, mən siz fikirləşənlərdən deyiləm. Nə oynamıram, nə də oynatmıram heç kimi! Mən Eldənizə axırıncı dəfə dedim ki, sizin bir məkrli planınız var, Allah öz başınıza gətirsin! İndi də bilirəm ki, hazırda Elşadın ipi kimin əlindədir. Dartırlar, o da danışır... Mən DİN rəhbərliyinə üzümü tuturam: mən Elşad kimi maşennikin, dələduzun yalanları ilə oturub duran, kiminsə adına ləkə gətirən, şantaj edən deyiləm. DİN də, polis də yüksək səviyyədə öz işi ilə məşğuldur. DİN-nin üstünə düşənlərin də məqsədi məlumdur, Elşaddan istifadə edirlər. İstintaq orqanına da gün kimi aydındır ki, Elşadın məqsədi Azərbaycan dövlətinə arxadan zərbə vurmaqdır. O, Avropada Azərbaycan bayrağını erməni qadınların əyninə geyindirib güldürüb-oynadan Elşaddı o... O, millətin, dövlətin qədrini bilməz. Onun diplomu saxta, elmi işi saxta, nəfəsi də saxta... Sən o boyda Rusiya TN-ni aldadıb saxta yolla elmlər doktoru olmusan! Təsəvvür edin, bütün qohum-əqraba ABU-ya yığışıb vəzifə almışdı. Hərəsinin də bir kabineti və üzərinə on vəzifə yazılmışdı. Elşadı dindirəndə YUNESKO-dan başlayıb İSESKO-ya kimi vəzifələrindən danışırdı. Hamısı da saxta! [b]- Sonuncu sual: Elşad Abdullayev Kəmaləddin Heydərovun anasının adını hallandırır... Ümumiyətlə, bu nə məsələdir?[/b] - Bilirsiniz, Mahir itən vaxt Elşad Kəmaləddin müəllimlə görüşə çox can atmışdı. Amma görünür onu qismən tanıdığından qəbul eləməmişdi... Konkret cavab verib, yəni deyib ki, siz kim, mən kim... Yadımdadır ki, bundan sonra Elşad ABU-da, hər yerdə başladı Kəmaləddin Heydərovun adını Mətanətlə hallandırmağa. Yenə də şantaj, müxtəlif hədyanlar... Sonra o, ABU-dakı 30-a yaxın qadınları, bütün kişi müəllimləri səfər etmişdi ki, axtarın K.Heydərovun qohumlarını tapın, atasını, anasını, xalasını, dayısını, bibisini... tapıb əlaqə yaradaq, məni qəbul eləsin. Mənə də demişdilər. Dedim, Elşad müəllim, vallah, o nəsildən kimsə ilə əlaqəm yoxdur, tanımıram. Mən özüm Kəmaləddin müəllimi bir şəxsiyyəli insan kimi tanıyıram, amma qiyabi formada. Şəxsən yox... Sonra mənə dedi ki, yox, sən yalan danışırsan, səni onun anası ilə birlikdə görüblər. Dedim ki, harda? Dedi ki, hə, mənə MTN-dən zəng vurmuşdular, MTN-nin generalı deyir ki, sən orda olmusan. Dedim ki, ay qardaş, nə MTN, nə orda olmaq? Sonra qardaşı Eldəniz dedi ki, sən ona fikir vermə! [b]"Təsəvvür edirsinizmi, bu adam mənə deyir ki, MTN-ə zəng vurmuşam, mənə deyirlər ki, sən Kəmaləddin Heydərovun anasını tanıyırsan..."[/b] Eldənizi əlil edən Elşad olub. Çünki Eldəniz onun belə işlərinə yox deyirdi, o da düşürdü onun üstünə. Təsəvvür edirsinizmi, bu adam mənə deyir ki, MTN-ə zəng vurmuşam, mənə deyirlər ki, sən Kəmaləddin Heydərovun anasını tanıyırsan... Bu adamda ağıl deyilən şey var? Qeyd edin ki, bu adam hətta o dərəcədə yalan danışır ki, K.Heydərovun anasının adını da düz yazmır... Son olaraq, deyim ki, onun 30 min dollar pulunu götürüb Arzu Kazımovun, Zahid Dünyamalıyevin üzünə durmadım deyə, indi mənim adımı hallandırır. Ayıb olsun! İstintaq onsuz da yaxşı bilir ki, Mahirin işi hara gedib çıxır. Mən Mahir adında adamı da elə tanımamışam. Mən beynəlxalq qadın təşkilatlarına müraciət etmişəm, onun barəsində tədbirlər görülsün... Bir adam ki, qardaşı avtoqəzada ölə, onu maşina qoyub apara Ağdərəyə və hərbi maşın tutub Kürdəmirə gətirir ki, bu müharibədə şəhid olub, ondan başqa nə gözləyəsən? Sonra da MN-nə yazır ki, qardaşım şəhid olub, ona Milli Qəhrəman adı verilsin. Bundan sonra MN-nin sorğusu əsasında Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən araşdırılır və cavab verilir ki, bu adam avtoqəzada ölüb... Bunu ABU-da hamı danışırdı. Belə adamdan nə desən gözləmək olar... Mən inanıram ki, tezliklə bu adamın şantajlarına cavab veriləcək... Mən yeganə adamam ki, kabinetində onun üzünə tüpürüb getmişəm. Qoy bunun da videosunu yaysın... Bir daha deyirəm, o, mənə 30 min dollar pul vermişdi ki, Arzu Kazımovun, Zahid Dünyamalıyevin üzünə durum və deyim ki, Mahirin tapılması üçün yanımda ona pul verib...Mən isə bu oyuna getmədiyimdən indi məndən qisas alır... Təzadlar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA