Prezident sərəncam verdi; Hərbi xidmətə çağırız bazlandı

img

01-01-2013 [01:18]


Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Sərəncama əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş ölkə vətəndaşları 2013-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sərəncama uyğun olaraq, ?Hərbi vəzifə və hərbi xidmət haqqında? Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA