Gülər Əhmədovanın evində axtarız aparılıb; Sabiq deputatın oğlu və əri prokurorluğa aparılıb

img

31-12-2012 [02:28]


Sabiq millət vəkili Gülər Əhmədovanın evində axtarış aparılıb. Haqqin.az saytının məlumatına görə, Bakı şəhər Prokuorluğunun evdə axtarış aparan əməkdaşları Gülər Əhmədovanın ərini və böyük oğlunu da özləri ilə aparıblar. Saytın mənbəsi bildirib ki, Gülər Əhmədova ciddi-cəhdlə vəkil axtarışlarına başlayıb. Gülər Əhmədovanın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. O, telefon zənglərinə cavab vermir. Musavat.com da öz mənbələri ilə xəbəri dəqiqləşdirməyə çalışıb. Sabiq millət vəkilinin qonşuları yeni həbslərdən xəbərsiz olduqlarını bildiriblər. Lakin onlar məlumat veriblər ki, hələ bir neçə gün əvvəldən Gülər Əhmədovanın oğlu ifadə vermək üçün prokurorluğa dəvət edilibmiş. Bütün bunlar onu deməyə əsas verir ki, Elşad Abdullayevin yaydığı qalmaqallı videolarla əlaqədar istintaq təkcə Gülər Əhmədovanın özünü yox, ailə üzvlərini dindirir. *** Gülər Əhmədovaya yaxın mənbələrdən Musavat.com-a yeni məlumat daxil olub. Məlumata görə, sabiq millət vəkilinin həyat yoldaşı və oğlu həqiqətən ötən axşam Bakı şəhər Prokurorluğuna aparılıblar. Onlar şahid kimi ifadə verdikdən sonra sərbəst buraxılıblar. Qeyd edək ki, Gülər Əhmədovanın özü bir neçə dəfə ifadə vermək üçün prokurorluğa çağırılıb. Dekabrın 18-də isə sabiq millət vəkilinin Azərbaycanı tərk etməsinə imkan verilmədi. O, Qazax rayon ərazisində sərhədi keçmək istəyərkən ?SOS? siqnalına düşüb. Məlum olub ki, barəsində hazırda istintaq aparıldığından ölkəni tərk etməməklə bağlı qərar var. Ona görə də Gülər Əhmədovanın ölkədən çıxmasına icazə verilməyib və saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA