Prezident yeni tikintilərlə tanız oldu

img

29-12-2012 [11:29]


Prezident İlham Əliyev bu gün Bakının Fizuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağında, park, bağ və fəvvarələr kompleksində inşaat işlərinin gedişi ilə tanış olub. Icra başçısı Hacıbala Abutalıbov tikintinin layihəsi haqqında məlumat verib. Məlumata görə, yeni kompleksin birinci və ikinci mərtəbələrində yeraltı avtomobil dayanacağı, üçüncü mərtəbədə isə bu infrastrukturu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılacaq. Yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının tənzimlənməsini idarə edən qurğular və işçilərin xidməti otağı da üçüncü mərtəbədə yerləşdiriləcək. Yeraltı dayanacaq 4 minə yaxın avtomobil üçün nəzərdə tutulub. Bundan başqa, yeraltı dayanacaqdan park, bağ və fəvvarələr kompleksinə qalxmaq üçün 14 lift, 30 eskalator və əlillər üçün əlavə 10 eskalator quraşdırılacaq. Kompleksin yaxınlığındakı i yaşayış binası tarixi memarlıq nümunəsi olduğu üçün sökülmədən 11 metr arxaya sürüşdürüləcək. Ağırlığı 18 min ton olan bu tarixi memarlıq nümunəsinin sürüşdürülməsini Hollandiyanın ?Bressel? şirkəti həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA