Sevinc Babayevanın Azərbaycanı tərk etdiyi tarix məlum oldu

img

29-12-2012 [05:20]


Dekabrın 26-da Türkiyənin İstanbul şəhərində vəfat edən Sevinc Babayevanın Azərbaycanı hansı şəraitdə və nə vaxt tərk etməsi əsas müzakirə olunan mövzulardan biridir. Mətbuatın Sevinc Babayevanın ölkəni hansı yolla tərk etməsi ilə bağlı irəli sürdüyü versiyaların sayı-hesabı yoxdur. ?Qafqazinfo?ya bu barədə ilginc bir fakt daxil olub. Redaksiyaya daxil olan məlumatda Sevinc Babayevanın ölkəni tərk etdiyi tarix dəqiq göstərilib. Belə ki, Sevinc Babayevanın Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı ilk video kadrların yayımlandığı 25 sentyabr 2012-ci il tarixində bilet alaraq Bakı-İstanbul reysi ilə Türkiyəyə getdiyi məlum olub. Həmin vaxt onun Azərbaycanı tərk etməsi üçün heç bir məhdudiyyət olmayıb, çünki sözügedən məsələ ilə bağlı Baş Prokurorluq cinayət işini növbəti günlərdə açıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA