Bakıda ana və körpə qızı itkin düzdü

img

29-12-2012 [02:13]


Ötən gün Bakının Suraxanı rayonunda Əmircan qəsəbəsində 30 yaşlı qadın ilə onun azyaşlı qızı itkin düşüb. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, bu barədə idarənin 31-ci polis bölməsinə qadının həyat yoldaşı məlumat verib. Belə ki, Əmircan qəsəbəsi Z.Tağıyev küçəsi 8, mənzil 8 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Rəvanə Mirbala qızı Əliyeva qızı 2010-ci il təvəllüdlü Mələk Sübhan qızı Məmmədovanı da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə qadının həyat yoldaşı Sübhan Məmmədov məlumat verib. Onun polisə verdiyi məlumata görə, qadın axşam saatlarında evdən çıxıb. Qadının və uşağının xarakterik əlamətləri götürülüb. Hazırda onların tapılması istiqamətində iş aparılır(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA