Məzhur azərbaycanlı boksçu çəkiclə qətlə yetirildi

img

29-12-2012 [12:00]


Rusiyanın Vladivostok şəhərində Primorsk Boks Federasiyasının vitse-prezidenti Müzəffər Süleyman oğlu Rzayevi qətlə yetiriblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qatillər Rzayevin evini soyub və avtomobilini də qaçırıblar. Şahidlərin sözlərinə görə, 44 yaşlı Müzəffər Rzayevi Karl Marks küçəsindəki evində çəkiclə vurub öldürüblər. Rzayevin maşını Çerniqovsk rayonunda avtomobil yolunda tapılıb. Faktla bağlı cinayət işi açılıb. Hazırda qatillərin kimliyinin müəyyənləşməsi istiqamətində iş aparılır. Bir sıra məhkəmə ekspertizaları təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA