"iqtisad Universitetinin rektoru cinayət məsuliyyətinə alınmalıdır"

img

28-12-2012 [11:40]


"Bunun adı rəzalətdir! Mənim bildiyimdən rüşvətalma ağır cinayətdir və buna görə günahkar şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu cinayəti bilib xəbər verməmə də cinayətdir. Həmin şəxs də cinayət məsuliyyətinə alınmalıdır. Azərbaycanda isə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev KİV-lərə açıqlama verir: ?2012-ci ilin sentyabr ayından bəri təxminən 12 müəllim işdən çıxarılıb. Buna səbəb rüşvətxorluq faktlarıdır. Onu da bildirim ki, indi bizim universitetdə tələbə-müəllim arasında hər hansı xoşagəlməz hadisə baş verərsə, o zaman ciddi ölçü götürülür?. Bu fikirləri tanınmış vəkil Aslan İsmayılov facebook səhifəsində yazıb. Vəkil Şəmsəddin Hacıyevin məlum açıqlaması ilə bağlı daha sonra yazır: "Əgər Azərbaycanda qanun və Baş Prokuror varsa, Ş.Hacıyev cinayət məsuliyyətinə alınmalıdır, çünki özü etiraf edir ki, rüşvətxorluq faktlarını bilib və gizlədib. Əminəm ki, çoxları mənə sadəlöhv deyəcək. Sadəcə, mən qanunun tələblərini açıqladım"(Bizimyolinfo.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA