Gülər Əhmədova: "Allah kömək etmədi ona. çox qorxurdu. Onun videoları var, baxa bilərsiz"

img

28-12-2012 [04:29]


Keçmiş millət vəkili Gülər Əhmədova Sevinc Babayevanın ölümü ilə bağlı Azadlıq Radiosunun suallarını cavablandırıb. Sabiq deputat rəfiqəsinin ölümünü əcəllə əlaqələndirib: - Bu, Allahın əcəlidir, Sevinc xəstə idi. Allah kömək etmədi ona. Onun xəstə ürəyinə bu şeylər çox təsir etdi. Axtarışdaydı. O da xəstə qız idi. Çox qorxurdu. Onun videoları var, baxa bilərsiz. [b] - Gülər xanım, Sevinc Babayevanın öldürülməsi haqda şübhələr səslənir. Siz nə düşünürsüz bu haqda?[/b] - Axmaq adamlar axmaq-axmaq şeylər danışırlar. Mən bu cür axmaq şeyləri eşitməkdən yorulmuşam. Ona görə də, onların səviyyəsinə düşüb şərh verməyəcəyəm. Allah rəhmət etsin! Allah ailəsinə səbir versin, Allah oğlunu da xoşbəxt etsin, anasının ömrünü ona versin... [b] - Gülər xanım, bütün bunlardan sonra Siz həyatınızın təhlükə altında olduğunu düşünürsüzmü?[/b] - Xeyr, təhlükə hiss etmirəm...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA