Gömrük Komitəsindən biabırçı addım; Həmyerliləri Aydın Əliyevə xəbərdarlıq etdi

img

28-12-2012 [11:09]


Dövlət Miqrasiya Xidmətindən sonra Gömrük Komitəsi də Gürcüstanlı soydaşlarımıza qarşı sərt tədbirlərə əl atıblar. Artıq iki gündür ki, Gömrük Komitəsinin ?Sınıq Körpü? məntəqəsində soydaşlarımızın Azərbaycand yaşayan və ya təhsil alan yaxınlarına göndərmək istədikləri bütün sovqatlar gömrükçülər tərəfindən zorla əllərindən alınaraq müsadirə olunur. Bu barədə mia.az-a məlumat verən soydaşlarımızın sözlərinə görə, gömrükçülər bütün ərzaq məhsullarından tutmuş, digər sovqatlara qədər hər nə varsa, keçidinə qadağa qoyublar: ?Heç bir rəsmi səbəb göstərilmir. Deyirlər ki, bayramqabağıdır, gedib Azərbaycanda bazarlıq edərsiniz. Öğluma, nəvələrimə bayram sovqatı gətirmək istədim. Hamısını əlimdən aldılar. Bir neçə kilo meyvəyə qədər qoymadılar gətirməyə. Hamını belə vəziyyətə qoydular. Bir adamın 2 kiloqram pendirini aparmağa da imkan vermədilər?. Vəziyyətlə bağlı prezident İlham Əliyevə üz tutan soydaşlarımız gömrükçülərin özbaşınalıqlarının qarşısının alınmasını xahiş edirlər: Cənab prezident, illərdir yaxınlarımız bizə, biz onlara sovqat göndərmişik. Gürcüstan tərəfdən heç bir problem olmasa da, son bir neçə gündə bizim gömrükçülərimiz qeyri-rəsmi qadağalar tətbiq etməyə başlayıb. Xahiş edirik, onsuz da pasport rejiminə görə bizi Azərbaycandan təcrid ediblər, heç olmasa tələbə olan balalarımıza sovqat göndərməyimizə mane olmasınlar?. Sonda soydaşlarımız həmyerliləri olan komitə sədri Aydın Əliyevə də müraciət ediblər: Gürcüstanın havasını udub, suyunu içmisən, Başa düşürük ki, elə bir səlahiyyətin yoxdur. Amma heç olmasa, bizlərin kiçik sovqatlarına qarşı törədilən vəhşiliyi dayandırmaq üçün cəsarətli olun!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA