Gülər Əhmədova rəfiqəsinin ölümündən sarsılıb; "Vaxtı çatanda mən də öləcəm" - yenilənib

img

27-12-2012 [08:19]


Eks-millət vəkili Gülər Əhmədova Sevinc Babayevanın vəfatına münasibət bildirib. Son aylar adı qalmaqallı videlarda çəkilən deputat deyib ki, bu xəbəri hamı kimi, onun özü də pis qarşılayıb. O, əlavə edib ki, bu haqda onda heç bir məlumat yoxdur və yaxşı olar ki, prokurorluqla əlaqə saxlayıb məlumatı onlardan öyrənək. ?Özünüzə qarşı təhlükə hiss edirsinizmi? sualına gəldikdə Gülər Əhmədova deyib ki, həyatdadır, yaşayır və vaxtı gələndə hamı kimi o da öləcək. Qeyd edək ki, Əhmədova açıqlaması zamanı xəstə olduğunu xüsusilə vurğulayıb./teleqraf.com/ *** "Hamı kimi mən də Sevinc Babayevanın vəfat etməsi xəbərini mediadan eşitdim. Hələlik, bu xəbərin dəqiq olduğunu deyə bilmərəm. Amma hesab edirəm ki, o vəfat edibsə, bunun səbəbləri araşdırılmalıdır". Bu sözləri isə Moderator.az-a açıqlamasında Elşad Abdullayev Sevinc Babayevanın ölüm hadisəsinə münasibət bildirərkən söyləyib. *** Azərbaycan Baş Prokurorluğu sabiq universitet rektoru Elşad Abdullayevin yaydığı videolarda adı çəkilən Sevinc Babayevanın ölməsi barədə məlumatı təsdiqləsə də, Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov bu barədə məlumatı olmadığını deyib. ?Qafqazinfo? xəbər verir ki, H. Zeynalov BBC Azərbaycancaya "İstanbulda Azərbaycan vətəndaşının vəfat etməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb", deyə cavab verib. Onun sözlərinə görə, cənazənin Azərbaycana aparılması üçün mütləq konsulluqda sənədləşirmə işləri aparılmalıdır. "Bunsuz cənazənin ölkədən çıxarılması mümkün olmaz", konsul Zeynalov BBC Azərbaycancaya deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA