Sevinc Babayevanın ölüm xəbəri yayıldı; Baz Prokurorluq faktı təsdiq edir

img

27-12-2012 [06:31]


Bu dəqiqələrdə redaksiyamıza şok bir xəbər daxil olub. Bu məlumatı ?Qafqazinfo?ya zəng edən oxuculardan biri verib. O iddia edib ki, S. Babayeva Türkiyədə dünyasını dəyişib. Onun cənazəsi hazırda Azərbaycana göndərilir. Məlumata görə, bu gün onun oğlunun telefonuna zəng gəlib. Ona zəng edən şəxs anasının cənazəsinin Azərbaycana gətirildiyi və onu qarşılamaq üçün hava limanına gəlməyi istəyiblər. Onun oğlu kimi özünü təqdim edən şəxs də saytımıza açıqlamasında xəbərin doğru olduğunu deyib. Qeyd edək Ki, bu gün kriminoloq Əyyub Kərimov da S. Babayevanın öldürülməsi versiyası ilə bağlı açıqlama verib: ?Mümkündür ki, Sevinc Babayeva öldürülüb və ya öldürülsün. Belə bir məsələ vardır ki, ?insan var problem var, insan yoxdur problem yoxdur. Əgər məlum olsa ki, Sevinc Babayeva sağ deyil onda onun danışa biləcəkləri hər bir şeyə nöqtə qoyulacaq?. Xatırladaq ki, bu xəbər təxminən bir saat əvvəl Qafqazinfoya daxil olasa da, informasiyanın məqsədli şəkildə dövriyyəyə buraxılma ehtimalını nəzərə alaraq yayılmasını gecikdirdik. Bu haqda yaxın dəqiqələrdə rəsmi məlumatın yayılacağı gözlənilir. *** Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib. Dəqiqləşdirmələr aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA