Elzad Abdullayevin videosunda baz rolda olan Rövzanə Əliyeva danızdı

img

27-12-2012 [11:49]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı sonuncu videoda Rövşanə Əliyeva adlı qadınla söhbət əksini tapıb. Söhbətdə tərəflər E.Abdullayevin qardaşı Mahir Abdullayevin gətirilməsindən danışırlar. Videoda R.Əliyeva deyir ki, Arzu Kazımovun oğlu Zaur Mahir Abdullayevin gətirilməsində iştirak edir. Söhbət zamanı R.Əliyeva israrla Zaurun M.Abdullayevi gətirəcəyini deyir. E.Abdullayev bu videonu göndərməklə qardaşının oğurlanması işində kimlərin hansı formada iştirak etdiyini açıqlamağa çalışıb. R.Əliyeva isə ?Yeni Müsavat?a açıqlamasında videodakı qadının özü olduğunu bildirsə də, videonun montaj olduğunu söyləyib. Həmçinin o, videonu yayan ?Azadlıq? qəzetini bu məsələyə görə məhkəmə ilə hədələyib. ?Heyf mənim xalq hərəkatındakı əziyyətlərimə. Heyf bu mücadiləmdən. Kaş mən YAP-çı olaydım. Onda bu əziyyəti çəkməzdim?,- deyə R.Əliyeva xalq hərəkatında iştirak etdiyini də diqqətə çəkib. Həmçinin qadının saytlardan bu videonu yığışdırmaq üçün cəhdlər etdiyi, səbəb kimi də müxalifətçi olduğunu vurğuladığı bildirilir. Onun şəraitdən asılı olaraq özünü gah Müsavat Partiyasının, gah da AXCP-nin üzvü olduğunu bildirdiyi də söylənilir. Ancaq dünən adıçəkilən partiyalardan heç biri bu məlumatı təsdiqləmədi. Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, həmin qadının partiya üzvü olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün təşkilat komitəsinə müraciət etmək lazımdır. Təşkilat şöbəsinin müdiri Zöhrab Məhərrəmov isə qeyd etdi ki, konkret olaraq R.Əliyeva adlı Müsavat üzvü tanımır: ?Partiyanın bu adda üzvü yoxdur. Ola bilsin ki, Rövşanə Əliyeva xalq hərəkatının iştirakçısı olub. Ancaq Müsavat Partiyası yenidən qurulandan onun sıralarına bu adda adam daxil olmayıb?. ACXP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirdi ki, məlum videoda göstərilən R.Əliyeva AXCP üzvü deyil: ?Heç vaxt da bizim partiyanın üzvü olmayıb. Onu qiyabi tanıyıram və AXCP-nin üzvü olmadığını dəqiq bilirəm?. Rövşanə Əliyeva isə ?Yeni Müsavat?a açıqlamasında bildirdi ki, Müsavat Partiyasının üzvü olub: ?Xalq Cəbhəsinin də üzvü olmuşam. Siz nə istəyirsiniz məndən? YAP-çı olmadığım üçün bu oyunlar başıma gəlir? Günahım onda oldu ki, vaxtında YAP-a qəbul olmadım. Mən Sevinc Babayeva kimi pullar almamışam, heç nə etməmişəm. Mən nə etmişəm ki, qəzetlər yazır, şəklimi verir? Mənim səhhətimdə çox ciddi problemlər var. Səhhətimlə əlaqədar 2005-ci ildən Müsavatdan çıxmışam. Ancaq onlar məni indiyədək partiya sıralarından çıxarmayıblar. O vaxtlar mən xalq hərəkatında can qoymuşam, siyasi meydanda aktiv olmuşam. İndi isə yorulmuşam. Qəzetlər və Elşad Abdullayev mənim bütün həyatımı məhv etdi. Montaj olunmuş videonu yaydılar?.(musavat.com)#601;m#252;n#601;hh

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA